Qazaxıstan Respublikasının “Ərazi müdafiəsi haqqında” qanun layihəsi ciddi siyasi müzakirələr yaradıb. Bu arada Qazaxıstan parlamentinin üzvü Yermurat Bapi deyib ki, ölkə 2030-cu ildə hərbi əməliyyatlara cəlb oluna bilər.
Lakin ölkənin Müdafiə Nazirliyi tamamilə fərqli açıqlama ilə çıxış edib.
"Qazaxıstan Rusiya ilə müharibəyə hazırlaşmır, əksinə, onunla münasibətləri gücləndirir". "BX Live BLOG“ Stopfake”a istinadən bildirir ki, bu məlumatı Qazaxıstan Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, “Ərazi müdafiəsi haqqında” Qanun daxili təhlükəsizliyin inkişafına yönəlib. "Qazaxıstan Respublikasının “Ərazi müdafiəsi haqqında” qanun layihəsinin anti-Rusiya yönümlü olması ilə bağlı iddialar reallığa uyğun gəlmir və gedən proseslərin mahiyyətini təhrif edir", bəyanatda deyilir.
Bundan əlavə, Müdafiə Nazirliyi ölkənin ərazi müdafiə briqadalarının kənar təhlükələrə cavab olaraq deyil, regionların xüsusiyyətləri nəzərə alınmaqla yerləşdiriləcəyinə də aydınlıq gətirib. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ərazi müdafiə birləşmələrində iştirak edə bilməyəcəklər.
Bu arada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də açıqlama verib və Rusiyanın hərbi cəhətdən məğlubedilməz olduğunu dilə gətirib. Onun fikrincə, Ukrayna Qərb müttəfiqlərinin köməyi ilə sadəcə olaraq münaqişədən sağ çıxmağa çalışır. Eyni zamanda, Qazaxıstan lideri əlavə edib ki, ölkə həmişə sülh danışıqlarının tərəfdarı olub.