Qarajdan 35 mindən çox döyüş sursatı tapıldı - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Desnyanski rayonundakı qarajlardan birində nəhəng silah-sursat anbarı aşkarlanıb.

Bu barədə “Z əməliyyatı: Rus baharının müharibə müxbirləri” adlı Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, arsenal hüquq-mühafizə orqanlarının əməkdaşı və onun atasına məxsus olub. Qarajda 35 mindən çox döyüş sursatı, 6 ədəd qumbaraatan, 6 pilotsuz uçuş aparatı, 130 əl qumbarası və 90 partlayıcı parçalayıcı qumbara saxlanılıb.

Bundan əlavə, tapılanlar arasında pulemyotlar, snayper tüfəngləri, şok partlayışlı qoruyucu vasitələr, müşahidə cihazları, tapançalar və piyada əleyhinə minalar da olub. Hazırda bu faktla bağlı əlavə araşdırmalar aparılır.

Bu əməliyyatla əlaqədar olaraq bir şəxs qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama və satma maddələri ilə saxlanılıb və barəsində cinayət işi açılıb. 

Bundan əlavə, Yamalo-Nenets Muxtar Dairəsində keçirilən əməliyyatda iki xarici vətəndaş saxlanılıb. Onların üzərində partlayıcı maddələr və silah hazırlamaq üçün vasitələrlə yanaşı, xarici görünüşlərini dəyişmək üçün istifadə olunan əşyalar da aşkarlanıb.