"Qara dənizdə təhlükəsizlik..." - Türkiyədəki iclasda Rusiya olmayacaq

Türkiyədə Qara dənizlə bağlı təhlükəsizlik məsələləri ilə bağlı iclas keçiriləcək, Rusiya nümayəndələri iştirak etməyəcək. 

Bu barədə   “Anadolu” məlumat verib.

Türkiyə Müdafiə Nazirliyi 15-16 aprel çərşənbə axşamı və çərşənbə günləri Türkiyədə Ukrayna və Rusiya arasında potensial atəşkəsdən sonra Qara dəniz təhlükəsizliyini müzakirə etmək üçün toplantı keçiriləcəyini bildirib. 

Qeyd olunur ki, Ankarada hərbi-dəniz qüvvələrinin qərargahında xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdə Qara dənizdə dinc vəziyyətin saxlanılması üçün dəniz planlaşdırılması məsələləri müzakirə olunacaq.

Nazirlik görüşdə hansı ölkələrin iştirak edəcəyini dəqiqləşdirmədən xarici hərbi nümayəndələr arasında Rusiya rəsmilərinin olmayacağını bildirib.