Çin maqnitlərdən hazırlanan raketi kosmosa göndərəcək

/BX LiveBLOG/

Çin şirkəti maqnitlərdən istifadə edərək kosmosa raket göndərməyə hazırlaşır.

“South China Morning Post” yazır ki, texnologiya maqnit levitasiya qatarının şaquli buraxılışı ilə demək olar ki, eyni olacaq. Bu məqsədlə raketləri səsdən yüksək sürətlə sürətləndirməyə qadir olan superkeçirici maqnitlərdən istifadə olunacaq.

Bu yanaşmanın daşıma qabiliyyətini artıracağına inanılır. Eyni zamanda kosmosa raketlərin göndərilməsi ucuzlaşacaq. Buraxılış iki il ərzində planlaşdırılır. /Bizimxeber - Live BLOG/