Putin son üç İldə gecələri harada qalır? - Özü açıqladı

Rusiya prezidenti Vladimir Putin nadir şəxsi açıqlamaları ilə gündəmə gəlib.

"BX LİVE BLOG" bildirir ki, VGTRK jurnalisti Pavel Zarubinlə müsahibəsində Putin etiraf edib ki, son üç il ərzində gecələrini əsasən Kremldəki mənzilində keçirib. Bu, dövlət başçısının şəxsi həyatına dair az rast gəlinən detallardan biridir.

“Son üç ildə, əsasən burada” – Putin Kremldəki həyatından danışır... 

Söhbət “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmindən gedir. Film çərçivəsində prezidentin Kremldə yerləşən mənzili də ilk dəfə olaraq nümayiş olunub. Divarlardan birində imperator III Aleksandrın portreti yer alır, bu da Putinin tarixi liderlərə olan marağını əks etdirir. Prezident dəfələrlə III Aleksandrı heyranlıqla xatırladığını bildirib.

Putin jurnalistə mənzildəki iki yataq otağını, kitabxananı və hətta ev kilsəsini də göstərib. Maraqlı məqam isə pəncərənin yanında yerləşən ağ piano olub. Prezident onu nadir hallarda çaldığını etiraf edib.