Putin istefa vermək istəyən Kadırovla görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Çeçenistan lideri Ramzan Kadırovla görüşəcək. 

"Bizimxeber" bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. 

TASS xəbər verir ki, Kreml nümayəndəsi onu da əlavə edib ki, Çeçenistan rəhbəri geniş tərkibdə prezidentin bir sıra beynəlxalq görüşlərində iştirak edəcək.

Biz prezidentin bu gün Çeçenistan rəhbəri Ramzan Kadırovla da görüşəcəyini gözləyirik. Kadırov bəzi nümayəndə heyətləri ilə geniş tərkibdə danışıqlarda iştirak edəcək". 

Bundan əvvəl Ramzan Kadırov Çeçenistan rəhbəri postunu tərk etmək istədiyini bəyan edib. O, istefa məsələsinin təşəbbüskarı olduğunu vurğulayıb. Siyasətçi emosiyaları idarə etmək üçün Putindən aldığı tövsiyələri də xatırladıb. 

Qeyd edək ki, Çeçenistan Respublikasının rəhbəri mümkün istefa ilə bağlı məlumatları təkzib edib. O, postunu Vladimir Putinlə görüşlərini əks etdirən videoçarxla müşayiət edib. Kadırov deyib ki, çoxu onun sözlərinin mənasını başa düşməyib və deyib ki, müvafiq qərarı yalnız ali baş komandan verir.