Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Rusiya mətbuatının Türkiyə diplomatik departamentindəki mənbəyə istinadən verdiyi məlumata görə, İstanbulda keçirilən son məsləhətləşmələrdən sonra danışıqlar zamanı Ukrayna ətrafında mövcud vəziyyət müzakirə olunub.
"Bizimxeber"“Kommersant”a istinadən yazır ki, Ankara Rusiya və Ukrayna arasında danışıqlar platforması rolunu qoruyub saxlamağa çalışır.
Mənbə qeyd edib ki, bu mövqe Türkiyəyə beynəlxalq arenada siyasi çəkisini gücləndirmək və eyni zamanda Rusiyaya qarşı tətbiq edilən sanksiyalar şəraitində uğurla manevr etmək imkanı verir.