Polşada keçirilən prezident seçkilərində səslərin 99%-dən çoxu artıq hesablanıb. İlkin nəticələrə əsasən, hökumətyönlü Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafał Trzaskowski 31,2% səslə liderlik edir.
"Bizimxeber" bildirir ki, bu barədə Onet.pl xəbər verir.
Seçkilərdə ikinci yerdə isə müxalifətdə olan Hüquq və Ədalət Partiyasının namizədi, həm də Milli Xatirə İnstitutunun rəhbəri Karol Navroçki qərarlaşıb. O, 29,7% səs toplayıb.
İlk üçlük belə formalaşıb:
Rafał Trzaskowski (Vətəndaş Koalisiyası) — 31,2%
Karol Navroçki (Hüquq və Ədalət Partiyası) — 29,7%
Slavomir Mentzen (radikal Konfederasiya partiyası) — 14,9%
Qeyd edək ki, Slavomir Mentzen Avropa İttifaqı və Ukraynaya qarşı çıxışları ilə tanınır.
Əvvəlcə səsvermənin 69,1%-i hesablandığı zaman Karol Navroçki 31,2% səslə lider idi, Trzaskowski isə ikinci yerdə 29,3% səs toplamışdı. Lakin son hesablamalar nəticəsində Trzaskowski liderliyə yüksəlib.