Polşa Silahlı Qüvvələri Rusiya Federasiyasının Ukraynaya növbəti raket hücumu zamanı hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə qırıcı təyyarələrini havaya qaldırıb.
Bu barədə Polşa Milli Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, Rusiya tərəfindən Ukraynanın qərb vilayətlərinə endirilən raket zərbələri zamanı Polşa hava məkanına yaxın uçuş trayektoriyaları müşahidə olunub və hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Hərbi Hava Qüvvələrimiz vəziyyəti nəzarətdə saxlayır. Polşa hava məkanının təhlükəsizliyinə təhlükə yoxdur,” – deyə rəsmi açıqlamada bildirilib.
Polşa tərəfi həmçinin vətəndaşlara təlaşa düşməməyi və rəsmi mənbələrdən yayılan məlumatlara əsaslanmağı tövsiyə edib.