Dünya bu gün nadir rast gəlinən bir həyat hekayəsi ilə vidalaşır. Planetin rəsmi olaraq ən yaşlı insanı, Braziliyanın Porto Aleqri şəhərindəki Karmelit Bacılar İcmasının üzvü, rahibə İna Canabarru Lukas 116 yaşında dünyasını dəyişib.
İna Lukas 1908-ci il iyunun 8-də Braziliyanın cənubunda yerləşən San Françesko d'Assisi şəhərində anadan olub. O, ömrü boyu dindarlıq, sakitlik və xidmətlərlə dolu bir həyat sürüb. 2024-cü ilin dekabrında 116 yaşlı yapon qadın Tomiko İtukanın vəfatından sonra İna Lukas dünyanın ən yaşlı insanı olaraq tanınmışdı.
Onun ölüm xəbəri Fransanın AFP agentliyinə Karmelit Bacılar İcması tərəfindən təsdiqlənib.
İna Lukasın vəfatından sonra dünyanın ən yaşlı insanı titulu Böyük Britaniyanın Surrey bölgəsində yaşayan 115 yaşlı Ethel Caterhama keçir. ABŞ Gerontologiya Araşdırma Qrupunun (GRG) məlumatına əsasən, Caterham hal-hazırda 115 yaş və 252 günlükdür.