/BX LiveBLOG/
İtkin düşən Perulu balıqçı 95 gün sonra Sakit okeanda sağ tapılıb.
Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" yazıb.
61 yaşlı Maximo Napa Castro dekabrın 7-də Perunun cənubundakı sahil qəsəbəsi Markonadan balıqçı qayığı ilə iki həftəlik səyahətə çıxıb. Lakin cəmi 10 gündən sonra fırtınalı hava səbəbindən kursunu itirib.
Yalnız martın 11-də Ekvador balıqçı gəmisi onu Peru sahillərindən 1094 kilometr aralıda tapılıb. O tapılan zaman ağır vəziyyətdə olub.