Pentaqon Ukrayna, Rusiya və Avrasiya üzrə fəaliyyət göstərən ofisin statusunu aşağı sala bilər.
"Bizimxeber" bildirir ki, bu barədə Defence News nəşri məlumat yayıb.
Hazırkı planlara əsasən, sözügedən ofisin bundan sonra Avropa və NATO məsələləri üzrə departamentin tabeçiliyində fəaliyyətini davam etdirməsi nəzərdə tutulur. Mənbələrin sözlərinə görə, ofis tamamilə ləğv edilməyəcək, ancaq onun müstəqil statusu azaldılacaq.
Qeyd edək ki, bu struktur əvvəllər Ukraynaya hərbi yardımın koordinasiyasına və region üzrə siyasətin formalaşdırılmasına cavabdeh idi. Statusun aşağı salınması ABŞ Müdafiə Nazirliyinin regiona dair strateji yanaşmasında mümkün dəyişikliklərə işarə edə bilər.