Paşinyan parlamentdə emosional çıxış etdi: "Bu, dəlilikdir!" - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı emosional çıxış edərək titrəməyə başlayıb.

Bu barədə Minval LIVE Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hökumətin büdcə siyasətinə qarşı müxalifətin sərt ittihamları Paşinyanın gərgin emosional reaksiyasına səbəb olub. O, çıxışında bildirib: “Bu, fantastika filmindən bir səhnədir - müxalifət nümayəndəsi söz alır və deyir: camaat, büdcəni onlar doldurur. Onları hara qoymaq olar? Cibimizə? Bu dəlilikdir! Yəqin ki, biz də onlar kimi işləri yaxşılaşdırmaq üçün cibimizə girməli olduq.”

Paşinyan daha əvvəl də bildirib ki, Ermənistan Bakı ilə sülh sazişi imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır. Lakin o, Azərbaycanın bu addımı birtərəfli üstünlük kimi qiymətləndirməməsinə diqqət çəkib və sülh üçün qarşılıqlı etimadın vacibliyini vurğulayıb.

Azərbaycan tərəfi isə Ermənistan Konstitusiyasında hələ də ərazi iddialarının mövcud olduğunu bildirib. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, bu maddələr ləğv olunmadan sülh müqaviləsinin imzalanması mümkün deyil.