Sputnik Ermənistan xəbər verir ki, Ermənistanda müxalifət qrupları Vardan Qukasyanı Gümrü şəhərinin meri seçiblər. Ermənistanın baş naziri Nikol Paşinyanın rəqibi olan Qukasyan, 1999-2012-ci illərdə şəhərə rəhbərlik edib. Maraqlıdır ki, seçildikdən sonra keçirdiyi brifinqdə Qukasyan, Belarus timsalında Rusiya ilə ittifaq dövlətinin yaradılmasının tərəfdarı olduğunu bildirib.
"Bəli, mən Belarusdan nümunə götürərək İttifaq dövlətinin tərəfdarıyam" deyə Qukasyan bildirib.
Ağsaqqallar Şurasının 33 üzvündən 18-i Qukasyanın namizədliyinə səs verib. O, müxalifətdəki rəqiblərinin dəstəyini qazanaraq vahid namizəd olub.
Əvvəllər o, Kommunist Partiyasına rəhbərlik edib və müxalifət arasında ən çox səs toplayıb. Hakim “Mülki müqavilə” fraksiyası idarəetmə orqanının formalaşdırılması üçün tələb olunan həddi aşa bilməyib, ona görə də onun aldığı səslər Qukasyanı Gümrü meri seçməyə kifayət edib.
Erməni KİV-lərinin məlumatına görə, Gümrü və Parakarda yerli seçkilərin nəticələri hakim “Mülki müqavilə” partiyasını şoka salıb. Rusiya hərbi bazasının yerləşdiyi şəhərdə indi müxalifət meri olacaq.
Səsvermənin nəticələri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın “sonunun başlanğıcından” və yaxın gələcəkdə ölkədə hakimiyyət dəyişikliyindən xəbər verir.