Paşinyan Ermənistanın Azərbaycana yazılı təkliflər göndərdiyini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi üçün yazılı təkliflər təqdim edib. O, bu təkliflərin həm metodoloji yanaşmaları, həm də növbəti mərhələdə işlərin hansı sahələrdə aparılmasını əhatə etdiyini söyləyib.

Paşinyan prosesin dalana dirənmədiyini və Ermənistanın bu istiqamətdə ardıcıl addımlar atmaqda qərarlı olduğunu vurğulayıb.

İlkin razılığa əsasən, tərəflər sərhədlərin şimal hissəsindən – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlayaraq İran sərhədinədək cənub istiqamətində delimitasiya işlərini davam etdirməyi planlaşdırırlar.