Parisin tarixi Marais rayonunda, şəhərin tam mərkəzində yəhudi icmasına qarşı yönəlmiş növbəti vandalizm hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər iki sinaqoqu, yerli koşer restoranını və Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəni yaşıl boya ilə rəngləyiblər.
Fransa və Paris şəhər rəhbərliyi bu hadisəni sərt şəkildə pisləyib.
Ərazidə quraşdırılmış təhlükəsizlik kameraları saat 04:35 radələrində əlində sprey boya olan bir şəxsi qeydə alıb. Lakin Fransa mətbuatının yazdığına görə, hələlik bu hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Maraqlı məqam ondan ibarətdir ki, hadisədən cəmi bir gün əvvəl nazir Retaillo, yəhudi icmasının müqəddəs Şavuot bayramı ərəfəsində Parisin mərkəzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əmr vermişdi.
Bu, son bir ayda Marais rayonunda qeydə alınan ikinci vandalizm aktıdır. Yaxın keçmişdə Holokost abidəsi bu dəfə qırmızı boya ilə zədələnmişdi. Fransada 2024-cü il ərzində 1500-dən artıq antisemit hadisə qeydə alınıb. Onların 106-sı isə birbaşa fiziki hücumla müşayiət olunub. Paris meri Ann Hidalqo məsələ ilə bağlı bildirib ki, o, bu hədə-qorxu aktlarını ən kəskin şəkildə pisləyir: "Şəhərimizdə və ümumiyyətlə, respublikamızda antisemitizmə yer yoxdur”.