ABŞ rəsmilərinin telefon nömrələri və şifrələri internetə sızıb -Der Spiegel

/BX LiveBLOG/

"Bizimxeber" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müşavirlərinin şəxsi məlumatları, o cümlədən telefon nömrələri, e-poçt ünvanları və şifrələri internetə sızıb.

Məlumatların sızmasını Der Spiegel araşdırıb və qeyd edib ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard, Pentaqon rəhbəri Pit Heqset və prezidentin köməkçisi Mayk Uolsun şəxsi əlaqə məlumatları təhlükə altındadır. Jurnalistlərin araşdırmasına görə, bəzi telefon nömrələri və e-poçt ünvanları hələ də aktiv istifadə olunur.

Mütəxəssislərin fikrincə, bu hadisə Ağ Evin informasiya təhlükəsizliyinin zəif olduğunu və xarici kəşfiyyat orqanları üçün ciddi təhlükə yaratdığını sübut edir. Sızan məlumatlar sosial media profilləri və hətta izləmə proqramları ilə əlaqələndirilib ki, bu da yüksək rütbəli rəsmilərin kommunikasiyalarının sındırılmasına yol aça bilər.

Bundan əlavə, The Atlantic jurnalının redaktoru Cefri Qoldberq, Yəmən husilərinə qarşı hücum planlarını müzakirə edən yüksək rütbəli ABŞ rəsmilərinin gizli söhbətinə daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, chat iştirakçıları Avropa İttifaqı haqqında xoşagəlməz şərhlər veriblər.