Özgür Özəl hücum edildi - Ərdoğan CHP liderinə telefon açdı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbulda fiziki zorakılığa məruz qalıb. Hadisə, Özəl Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən baş verib. Hadisəni törədən şəxs 66 yaşlı Səlcuq T. olaraq müəyyən edilib. Səlcuq, hadisənin ardından polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Özgür Özəl hadisə ilə bağlı ilk açıqlamasında hücumu "siyasətə olunan hücum" kimi qiymətləndirib. O, qeyd edib ki, hadisə baş verdikdən sonra dərhal qızını və xanımını arayıb və onlara vəziyyətin nəzarət altında olduğunu bildirib. Özəl, zorakılığın heç bir halda qəbul edilməməli olduğunu və siyasi qütbləşmənin heç kimə fayda vermədiyini vurğulayıb.

usaqlarinin-ikisini-oldurub-birini-yaralayibmis

Yeni ortaya çıxan məlumatlara görə, Səlcuq T. daha əvvəl ağır cinayətlər törədib. 2004-cü ildə 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirərək, 11 yaşındakı digər qızını yaralamış və ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin 2020-ci ildə Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, o, şərti azadlıq almışdı. Hücumun səbəbi ilə bağlı təfərrüatlar hələ də tam aydınlaşmasa da, Səlcuq T.-nin siyasi bir motivi olmadığı və heç bir siyasi partiya ilə əlaqəsinin olmadığı bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, hücuma məruz qalan Özələ zəng edərək dəstəyini ifadə edib və hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün prosesi yaxından izlədiyini bildirib. Prezident, hücumla bağlı başlatılan istintaqın dərhal başladığını və hücumu həyata keçirən şəxsin nəzarətə götürüldüyünü qeyd edib.

Bu hücum, ölkənin siyasi səhnəsində yeni gərginliklərə yol açma potensialına malikdir. Lakin CHP lideri Özgür Özəl, hücumların ruhdan salmadığını və bu cür hadisələrin siyasi fəaliyyətlərinə təsir etməyəcəyini açıqlayıb.