Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesi başlayıb.
"Bizimxeber" bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda apellyasiya şikayətlərinin dəlilləri araşdırılıb. Müdafiə tərəfi T. Yaqublunun ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti əsaslı hesab etmədiyindən təmin etməyib.
Apellyasiya baxışı mayın 23-nə təyin edilib.
Qeyd edək ki, Tofiq Yaqublu iki ay əvvəl 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq bir aydan artıqdır ki, aclıq aksiyası keçirir. Həkimlər və ailəsi onun vəziyyəti olduqca ağır qiymətlənidirir və hər an ölə biləcəyini bildirirlər. Lakin Tofiq Yaqublu aclığı dayandırmaq niyyətində olmadığını bildirir.