/BX LiveBLOG/
Rusiya məhkəməsi 23 ukraynalı hərbi əsirə qarşı sərt cəzalar elan edib.
"Bizimxeber" Rusiya mediasına istinadən bildirir ki, Rostov-na-Donu Cənub Dairə Hərbi Məhkəməsi onları “hakimiyyətin zorakılıqla ələ keçirilməsi” və “terror təşkilatının fəaliyyətinin təşkili” ittihamları ilə təqsirli bilib.
Həbs edilən ukraynalılar 2022-ci ilin yazında Mariupol və ətraf bölgələrdə rus qüvvələri tərəfindən əsir götürülüb. Məhkəmə qarşısına çıxarılanlar arasında Azov briqadasının üzvləri və digər Ukrayna əsgərləri yer alıb. Məhkəmədə 24 ukraynalı hərbi əsirdən yalnız 12-si iştirak edib. Digər 12 nəfərin taleyi isə fərqli olub:
İki ukraynalı hərbçi məhkəmə başlamazdan əvvəl əsir mübadiləsi çərçivəsində dəyişdirilib. Səkkiz aşpaz və bir anbardar isə 2023-cü ilin sentyabrında Ukraynaya qaytarılıb. Aleksandr İşçenko adlı ukraynalı hərbçi isə istintaq təcridxanasında həyatını itirib.
Məhkəmə 12 ukraynalı hərbi əsirə 13 ildən 23 ilədək həbs cəzası verib. Onlar ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək. İşçenkoya qarşı iş onun ölümünə görə bağlanıb və ona hökm oxunmayıb. /Bizimxeber-Live BLOG/