İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 7-11 tarixləri arasında nəzərdə tutulan Azərbaycana səfəri təxirə salınıb.
"Bizimxeber" bildirir ki, bu barədə məlumatı Reuters yayıb.
Baş nazirin ofisindən verilən açıqlamada, bu qərarın səbəbi kimi “sıx diplomatik və təhlükəsizlik cədvəli” göstərilib. Səfərin nə vaxt baş tutacağı barədə isə hələ ki, rəsmi tarix açıqlanmayıb.
Təxirə salınma xəbəri, son günlər Türkiyə hava məkanının istifadəsi ilə bağlı yayılan iddialar və onların təkzib edilməsi ilə bağlı narahatlıqlar fonunda baş verib. Bu, səfərin texniki yoxsa siyasi səbəblərlə təxirə salındığına dair müxtəlif suallar doğurur.
Netanyahunun Azərbaycana səfəri enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək məqsədi daşıyırdı və iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli bir addım hesab olunurdu.