Neftçalada Heydər Əliyev Mərkəzinin işığı kəsildi - 13 min manata yaxın borc var

Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzi hazırda işıqsız qalıb. 

Rayondan "Bizimxeber"ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Mərkəzə elektrik enerjisinin verilməsi dayandırılıb. Səbəb isə Mərkəzin  “Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinə.olan 13 min manata yaxın borcdur.

Bildirilir ki, enerjisinin kəsilməsi məhz bu borcun uzun müddət ödənilməməsi ilə əlaqəlidir. 

“Azərişıq” ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi faktı təsdiqləyib.Şəbəkəsinin rəisi Ağababa Babayev "Bizimxeber"ə bildirib ki, Mərkəzin enerjisi səhər saatlarında kəsilib və Mərkəzin 13 min manata yaxın borcu var. Danışıqlar gedir, yəqin ki, məsələ öz həllini tapacaq".

Qeyd edək ki, Mərkəzdə yerləşən bir neçə dövlət qurumu da bu səbəbdən işıqsız qalıb.