/BX LiveBLOG/
Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb olunub.
Bu barədə "Report" xəbər yayıb.
12:06
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
11:57
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Oxu.Az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunublar.