NATO Ukraynanın Haaqa sammitinə dəvət aldığını təsdiqlədi

NATO Ukraynanın iyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçiriləcək sammitə dəvət aldığını rəsmi olaraq təsdiqləyib. Bu barədə məlumatı NATO rəsmisi “European Pravda” nəşrinə açıqlayıb. 

Rəsmilər bildiriblər ki, sammitin konkret gündəliyi hələ açıqlanmayıb və müvafiq məlumat "vaxtı gələndə" ictimaiyyətlə paylaşılacaq. Bununla belə, NATO nümayəndəsi Ukraynanın sammitdə iştirak edəcəyini təsdiq edib: “Biz təsdiq edə bilərik ki, Ukrayna Haaqada bizimlə olacaq,” – deyə ABŞ-ın Associated Press (AP) agentliyindəki mənbə bildirib.

Qeyd edək ki, bu sammit NATO-nun gələcək strateji planlarının, eləcə də Ukrayna ilə münasibətlərin dərinləşməsinin müzakirə ediləcəyi mühüm platforma kimi nəzərdən keçirilir.