Müharibənin dayandırılması üçün öz şərtlərimiz var - Dövlət Departamenti

"Vaşinqtonun Ukraynada müharibənin sona çatdırılması ilə bağlı öz şərtləri mövcuddur. Lakin yekun qərarın münaqişənin əsas tərəfləri - Ukrayna və Rusiya arasında verilməlidir".

"Bizimxeber" bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bəyan edib. 

“Prezident öz mövqeyini aydın şəkildə ifadə edib. Amma bu məsələ Ukrayna və Rusiya arasında danışıqlarla həll edilməlidir. Biz danışıqların təşkili üçün şərait yaratmışıq və tərəflər bizim tələblərimizdən xəbərdardır. Lakin prosesin nəticəsi onların qərarından asılı olacaq”, – deyə Bryus vurğulayıb.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ-ın bu prosesdə öz standartları və təlimatları var və buna görə də danışıqların illərlə sürən bir prosesə çevrilməsinə razı deyillər.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci ilin fevralından bu günədək davam edir və hərbi, siyasi, iqtisadi cəhətdən dünya gündəminin əsas mövzularından biridir.