Moskva və Vaşinqton danışıqlarının yeri bəlli olub - Əlavə məlumat verilmir

Moskva ilə Vaşinqton arasında növbəti danışıqlar raundu İstanbulda, Rusiyanın Baş Konsulluğunda keçiriləcək.

"Bizimxeber" "RİA Novosti"yə istinadən bildirir ki, danışıqların aprelin 10-da baş tutacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus daha əvvəl bəyan etmişdi ki, bu görüşdə Ukraynadakı münaqişənin həlli mövzusu müzakirə olunmayacaq.

Bu, görüşün əsas gündəmindən daha fərqli məsələlərin – ehtimal ki, ikitərəfli münasibətlər və konsulluq məsələləri müzakirə ediləcək.  İki ölkə arasında münasibətlərin son illərdə gərginləşdiyi bir vaxtda keçirilən bu görüş, diplomatik kanalların tamamilə qapanmamasının göstəricisi kimi qiymətləndirilə bilər. Müzakirələrin neytral tərəf olan Türkiyədə baş tutması, danışıqlara rəsmi neytrallıq və təhlükəsizlik baxımından əlavə dəyər qatır.

Hazırda danışıqların məzmunu və nəticələri ilə bağlı rəsmi açıqlama verilmir.