Minlərlə Rumın küçələrə çıxdı - Demokratiya arzularının nümayişi

Rumıniyada minlərlə insan küçələrə çıxaraq, Avropa İttifaqına sədaqəti və demokratiya arzularını nümayiş etdirib.

Buxarestdə, eləcə də digər böyük şəhərlərdə keçirilən mitinqlər ölkədə siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir: prezident seçkilərinin ikinci turuna sayılı günlər qalıb.

Buxarestdə Universitet meydanında toplaşan 50 minə yaxın insan Avropa İttifaqının bayraqlarını dalğalandıraraq, “Səs vermirsən, saymırsan” şüarları səsləndirib. Aksiyanın iştirakçıları yürüşlə Qələbə meydanına doğru irəlilədi. Mitinq təşkilatçıları Rumıniyanın hazırkı vəziyyətini “yenidən dönüş nöqtəsi” adlandıraraq, seçiciləri səsvermədə fəal olmağa çağırdılar.

Rumıniyanın digər şəhərlərində də oxşar mitinqlər keçirilib. Bu tədbirlərdə bir neçə yüzdən bir neçə minə qədər insan iştirak edib.

Bu mitinqlər ifrat sağçı, Avropa İttifaqını tənqid edən və Ukraynaya dəstəyin əleyhinə çıxış edən AUR partiyasının lideri Xorxe Simeonun prezident seçkilərinin ilk turunda irəlidə olması fonunda baş verir. Rəy sorğularına görə, Simeon 18 mayda keçiriləcək ikinci turda da qələbə qazana bilər.