Türkiyədə həbs edilən 7 jurnalist sərbəst buraxıldı

/BX LiveBLOG/

İstanbulda İmamoğlunun saxlanması ilə başlayan etirazları işıqlandırdıqları üçün martın 25-də həbs edilən 7 jurnalist azadlığa buraxılıb.

Etirazlar zamanı “toplantı və nümayişlər haqqında qanunu” pozmaq ittihamı ilə saxlanılan jurnalistlərdən ilkin olaraq Zeynep Kuray, fotojurnalist Bülent Kılıç və AFP fotomüxbiri Yasin Akgülün azadlığa buraxıldığı açıqlanmışdı. Daha sonra isə həbs edilən bütün jurnalistlərin sərbəst buraxıldığı bildirildi.

Azadlığa çıxan jurnalistlərin adları:
???? AFP müxbiri Yasin Akgül
???? Now News müxbiri Ali Onur Tosun
???? Fotomüxbir Bülent Kılıç
???? Müxbir Zeynep Kuray
???? İBB fotomüxbiri Kurtulmuş Arı
???? Bakırköy Bələdiyyəsinin fotomüxbiri Gökhan Kam
???? Müxbir Hayri Tunç

Jurnalistlərin həbs edilməsi media azadlığı ilə bağlı ciddi narahatlıqlara səbəb olmuşdu. Bir çox beynəlxalq jurnalist təşkilatları və insan haqları qurumları onların dərhal azadlığa buraxılmasını tələb edirdi. /Bizimxeber - Live BLOG/