Məktəbdə atışma - Ölən və yaralananlar var

Avstriyanın Qraz şəhərində məktəbdə atışma nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Bizmxeber" "ABC News"-a istinadən bildirir ki, Avstriya əyalət polisi də sosial mediada BORG Dreierschützengasse adlı məktəbdə bir neçə nəfərin öldüyünü bildirib. Məktəb evakuasiya edilib və bütün insanlar təhlükəsiz yer aparılıb. Polisin bildirdiyinə görə, bir neçə təcili yardım maşını, o cümlədən “Kobra” taktiki maşınları hadisə yerinə gətirilib.

Qraz şəhəri Avstriyanın cənubunda, Ştiriya əyalətində yerləşir. Bu, təxminən 300,000 sakini olan, əhalisinə görə ikinci ən böyük Avstriya şəhəridir.