Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
"Bizimxeber" bildirir ki, bu gün Yasamal rayon Məhkəməsində bununla bağlı iclas keçirilib.
Məhkəmə vəsatəti təmin etməyib.
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Qeyd edək ki, Azər Qasımlı ittihamla razılaşmır və həbsini siyasi sifariş hesab edir.