Mədət Quliyev Velosiped Federasiyası prezidenti postundan istefa verdi

Azərbaycanın Milli Qəhrəmanı general-polkovnik Mədət Quliyev xidmət apardığı Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar  Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidentidir. General-polkovnik Mədət Quliyev həmçinin, ölkənin təhlükəsizlik sahəsindəki yüksək vəzifələrdə çalışıb. 

Məlumatı tanınmış jurnalist Yaşar İsakov özünün "Facebook" hesabında yazıb.