Makron: “Bu, fəlakət deyil, axmaqlıq idi” –Şilləyə zarafatla reaksiya

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı Brijit Makronun ona şillə vurduğu videoya yumorla reaksiya verib. Vyetnama səfəri zamanı jurnalistlərə danışan Makron hadisəni “axmaqlıq”, lakin “fəlakət” olmadığını deyib.

“Sadəcə aramızda kiçik bir mübahisə var idi. Məni təəccübləndirən odur ki, bu, qlobal sensasiyaya çevrildi. İnsanlar boş yerə danışır. Sakitləşmək lazımdır,” – deyə prezident bildirib.

Makron videonun real olduğunu təsdiqləsə də, onun yanlış şərh edildiyini vurğulayıb və bunu zərərsiz əyləncə kimi dəyərləndirib.