Lukaşenkodan maraqlı addım - Avropanın 35 ölkəsi üçün vizasız rejimini ləğv edib

Belarus 35 Avropa ölkəsi vətəndaşlarının vizasız gediş-gəlişini uzadacaq. Bizimxeber.az bildirir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

İyulun 19-da səhər saat 8-dən Almaniya, Böyük Britaniya və Fransa da daxil olmaqla 35 ölkənin vətəndaşları Belarusa bütün avtomobil və dəmir yolu beynəlxalq keçid məntəqələri vasitəsilə vizasız daxil ola biləcəklər. 

Onlar Belarus ərazisinə daxil olduqları gündən etibarən otuz gündən çox olmayan müddətə vizasız qala biləcəklər”, - deyə məlumatda bildirilir. 

Belarusiyada vizasız qalma günlərinin sayı təqvim ilində 90 gündən çox olmamalıdır. Bu şərtlər ilin sonuna kimi qüvvədə olacaq. İndiyədək Avropa ölkələrinin vətəndaşları Belarusa hava limanları vasitəsilə gəlsələr, vizasız giriş şərtlərindən istifadə edə bilirdilər. Latviya, Litva, Polşa və digər ölkələrin vətəndaşları üçün yerüstü keçid məntəqələri vasitəsilə mövcud vizasız giriş rejimi də saxlanılır. 

Belarus Xarici İşlər Nazirliyi bəyan edib ki, Lukaşenko “ölkənin açıqlığını və sülhsevərliyini daha da nümayiş etdirmək üçün” Avropa vətəndaşları üçün vizasız gediş-gəliş rejiminə dəyişiklikləri dəstəkləyib. 

Özünü prezident elan edən Aleksandr Lukaşenko Rusiyaya 2022-ci ildə Ukraynaya minlərlə əsgər göndərmək üçün Belarus ərazisindən istifadə etməyə icazə verdikdən sonra Belarus Qərbin sanksiyaları altındadır. 

Lukaşenko mütəmadi olaraq Qərbi Belarusu müharibəyə sürükləməkdə ittiham edir. Lakin bu yaxınlarda o, Qərbə güzəştə getməli və bəzi siyasi məhbusları azad etməli oldu. Keçən həftə Lukaşenko Ukrayna ilə sərhəddə yerləşdirilən qoşunların geri çəkilməsinə göstəriş verdiyini bəyan edərək, orada gərginliyin səngidiyini iddia edib.