Lukaşenko uzunmüddətli hakimiyyətindən və kartofdan danışdı

Minskdə yeni Beynəlxalq Sərgi Mərkəzinin açılışı zamanı çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko həm iqtisadi, həm də siyasi cəhətdən diqqətçəkən bəyanat səsləndirib. Prezident ölkədə bəzi mağazalarda kartof çatışmazlığının səbəbini Rusiyaya artan ixracla əlaqələndirib.

Lukaşenkonun sözlərinə görə, Belarus və Rusiya arasında qiymət fərqləri yerli fermerləri məhsullarını öz ölkələrində daha ucuz satmaq əvəzinə, Rusiyaya baha qiymətə satmağa vadar edib. Nəticədə, bir çox kənd təsərrüfatı müəssisəsi yerli bazardan çox Rusiya bazarına yönəlib.

“Əgər kartofdan narahatsınızsa, biz bir ay davam edəcəyik. Amma biz kartofsuz yaşamayacağıq,” – deyə prezident əminliklə bildirib.

O, Dövlət Nəzarəti Komitəsinə göstəriş verib ki, ölkədəki bütün pərakəndə satış şəbəkələrində vəziyyəti araşdırsınlar və hansı məhsulların çatışmadığını müəyyən etsinlər.

Lukaşenko eyni zamanda ölkə vətəndaşlarına səbirli olmağı tövsiyə edib. Onun sözlərinə görə, hakimiyyətdə "bir az daha qalmasının" səbəbi yeni, gənc menecerlər nəslinin hazırlanmasıdır. Bu sözlər bir daha onun uzunmüddətli siyasi planlarının mövcud olduğunu göstərir.