Los-Ancelesdə etirazlar zamanı SSRİ bayrağı göründü - FOTO

ABŞ-ın Los-Anceles şəhərində miqrantların deportasiyasına qarşı keçirilən etiraz aksiyaları zamanı qeyri-adi mənzərələr yaşanıb.

"Bizimxeber" bildirir ki, aksiya iştirakçılarından biri küçələrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bayrağını daşıyıb və ona bürünüb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qırmızı sovet bayrağına bürünmüş şəxsin izdiham arasında addımladığı müşahidə olunur. Həmin şəxsin kimliyi və motivləri hələlik məlum deyil.

Eyni zamanda aksiyalar zamanı gərginlik də yaşanıb. Etirazçılardan biri üç polis əməkdaşına eyni anda fiziki müqavimət göstərib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində polis əməkdaşlarından biri xəsarət alıb, hücum edən şəxs isə saxlanılıb.