Ərdoğan müxalifətə səsləndi - “Küçə terrorunu” dayandırın...

/BX LiveBLOG/

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında parlamentdə çıxış edib. 

Prezident bildirib ki, demokratiyaya qarşı bütün hücumların və iqtisadiyyata təxribat cəhdlərinin təşkilatçılarının qarşısı məhkəmədə alınacaq.

"Bundan sonra iqtisadiyyatı təxribatın hər cür forması məhkəmə qarşısında yatırılacaq. Millət qardaşlığını pusquya salanlar ədalət qarşısında cavab verəcəklər. Bu, kor-koranə düşmənçilik və ya revanşizm deyil, milli iradənin refleksidir və dövlət olmaq zərurətidir", - deyə Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı Türkiyə müxalifətinə müraciət edərək, onları “küçə terrorunu” dayandırmağa çağırıb. "Sağa-sola kir atmağı dayandırın, küçə terrorunu dayandırın. "Bizi və millətimizi başdan-başa girdiyiniz çuxura sürükləməyə çalışmayın" dedi. /Bizimxeber-Live BLOG/