London birjasında yer alan Gürcüstanın iri biznes şirkətlərinin səhmlərinin qiyməti ucuzlaşıb.
Bizimxeber.az bildirir ki, bir gündə “TBS Bank” qrupunun bir səhminin dəyəri 11,15%, “Bank of Georgia”nın səhmləri 6,75%, “Capital of Georgia”nın isə 8,8% ucuzlaşıb.
Qeyd edək ki, Gürcüstan şirkətlərinin səhmlərinin ucuzlaşması tendensiyası oktyabrın 22-dən etibarən davam edir.