/BX LiveBLOG/
ABŞ Konqres üzvləri və milli təhlükəsizlik rəsmiləri, The Atlantic-in yayımladığı hesabatdan sonra Tramp administrasiyasına qarşı sərt reaksiyalar veriblər. Məlumata görə, Trampın yüksək səviyyəli rəsmiləri Yəməndə husilərə qarşı hava hücumlarını Signal messencerində koordinasiya ediblər. Bu iddialar Vaşinqtonda böyük səs-küyə səbəb olub və araşdırma tələb edilib.
“Əməliyyat təhlükəsizliyi üçün kabus”
Məsələni dəyərləndirən demokrat və respublikaçı konqresmenlər, bu hadisənin ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildiriblər.
"Bizimxeber" yazır ki, Politico nəşrinə danışan bir demokrat konqresmenin köməkçisi bunu “əməliyyat təhlükəsizliyi üçün kabus” adlandırıb. Pentaqondakı mənbələr isə “inanılmaz və qəbuledilməz” olduğunu vurğulayıb.
Hadisə təkcə demokratlar tərəfindən deyil, respublikaçılar tərəfindən də sərt tənqid olunub. Respublikaçı senator Don Bekon, Trampın milli təhlükəsizlik müşaviri Maykl Uolza istinad edərək bildirib: "Bu cür həssas məlumatlar təminatsız sistemlərdə müzakirə edilməməli idi. Rusiya və Çin şübhəsiz ki, bu söhbətləri izləyib." Respublikaçı senator Con Kornin isə insidenti "aldatma" adlandırıb və qurumlararası araşdırma aparılmasını tələb edib.
Tramp: “Bu barədə heç nə bilmirəm”
İttihamların yayılmasından sonra prezident Donald Tramp, The Atlantic-in məqaləsi və Signal insidenti haqqında “heç nə bilmədiyini” bildirib. Lakin bu bəyanat Vaşinqtonda şübhə ilə qarşılanıb və artıq bir çox konqres üzvü məsələni araşdırmaq üçün hərəkətə keçib. /Bizimxeber - Live BLOG/