Litva miqrasiya böhranı ilə bağlı Belarusdan 200 milyon avrodan çox təzminat tələb edir.
"Bizimxeber" bildirir ki, rəsmi Vilnüs bu məsələ ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib.
Litvanın dövlət yayım qurumu LRT-nin məlumatına görə, ölkə rəsmiləri Belarus hakimiyyətini sərhədə qeyri-qanuni miqrant axınını təşkil etməkdə ittiham edirlər. Litva iddia edir ki, bu addım bilərəkdən həyata keçirilib və ölkənin daxili təhlükəsizliyinə ciddi zərbə vurub.
Litva Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, hazırda təzminat məbləği əsasən daxili işlər üzrə çəkilən xərcləri əhatə edir. Lakin ümumi zərərin yekun hesablaması hələ tamamlanmayıb və gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir.