Rusiya mətbuatı Lipetsk və ətraf bölgələrdə ondan çox partlayışın baş verdiyini yazır. Yerli ictimaiyyətin bildirdiyinə görə, partlayış səsləri şəhər mərkəzindən təxminən 80 km məsafədə yerləşən Yelets şəhərində də eşidilib.
İlkin məlumatlara görə, hücumun mümkün hədəfi Rusiya hərbi-sənaye kompleksi üçün strateji əhəmiyyətə malik olan Novolipetsk Dəmir-Polad Zavodu (NLMK) ola bilərdi. Rusiya hakimiyyəti bu zavodun ölkənin əsas sənaye obyektlərindən biri olduğunu vurğulayır.
Hazırda hadisə ilə bağlı rəsmi təsdiq və təfərrüatlar açıqlanmayıb. Partlayışların dron hücumları nəticəsində baş verdiyi ehtimal edilir.