Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
"Bizimxeber" bildirir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Rəsmi açıqlamaya əsasən, tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Həmçinin bildirilib ki, ABŞ dövlət katibi Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərində son günlər baş vermiş qatar qəzaları ilə bağlı Lavrova başsağlığı verib.
Telefon danışığının digər detalları ictimaiyyətə açıqlanmayıb.