Serbiya prezidenti Aleksandar Vuçiçin Moskvaya uçuşuna Latviya hava məkanı bağlanıb və o, Azərbaycan üzərindən Moskvaya uçmalı olub.
"Bizimxeber" bildirir ki, bu qadağaya aydınlıq gətirən ilk rəsmi şəxs Latviya prezidenti Edqars Rinkeviçs olub. Jurnalistlərin suallarını cavablandıran prezident bildirib ki, qərar birbaşa Xarici İşlər Nazirliyi tərəfindən verilib və onun səbəbləri haqqında rəy bildirmək də həmin quruma aiddir.
Latviyanın baş naziri Evika Siline isə əlavə edib ki, bu, təkcə Latviya deyil, bütün Baltikyanı ölkələrin razılaşdırılmış mövqeyidir: “Xarici işlər nazirlərinin bu məsələdə ortaq baxışı var. Hər üç Baltikyanı ölkə uçuş icazəsi ilə bağlı koordinasiyalı qərar verir”.
Latviya qərarını “uçuşun siyasi həssaslığı” ilə əsaslandırıb. Litva isə diplomatik və texniki səbəblərə görə bu uçuşa “yox” deyib.