Kremldən Kiyevə xəbərdarlıq - "Qələbə Günü Moskvaya hücum olsa, peşman olacaqsız"

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov bildirib ki, Ukrayna 9 May - Qələbə Günündə Moskvaya hücum etməyə cəhd göstərərsə, bunun əvəzini ağır şəkildə ödəyəcək.

"Bizimxeber" bildirir ki, bu barədə Krasov NEWS.ru-ya açıqlamasında deyib.

“Rusiya Silahlı Qüvvələri paytaxtın səmasını etibarlı şəkildə qorumağa və Qızıl Meydanda keçiriləcək paradın təhlükəsizliyini təmin etməyə tam hazırdır. Əgər Kiyev rhərbi eskalasiyaya yol verərsə, cavab sərt olacaq və bu, onları peşman edəcək,” – deyə Krasov bildirib.

Deputat Qələbə Gününün ruslar üçün müqəddəs bayram olduğunu vurğulayıb.