Kreml və Qırmızı Meydan yaxınlığında terror təhlükəsi

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı, Qələbə Paradı ərəfəsində Kreml və Qırmızı Meydan yaxınlığında qarşısı alınmış terror hücumları təhlükəsi barədə məlumat verib.

Rusiya liderinin sözlərinə görə, mayın 6-dan 7-nə keçən gecə, Rusiya Federasiyası tərəfindən elan olunmuş üç günlük atəşkəs rejimi qüvvədə olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 524 pilotsuz uçuş aparatı və “Storm Shadow” raketləri ilə hücum həyata keçirib.

Bu məlumatı jurnalistlərə açıqlayan Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, hücumların və qarşısı alınmış təhlükənin Trampa xüsusi olaraq çatdırıldığını bildirib. Onun sözlərinə görə, bu, Ukraynanın öz xarici tərəfdaşlarına,,o cümlədən ABŞ-a birbaşa təzyiq və hədə mesajı verməyə çalışdığını göstərir. Uşakov əlavə edib ki, hücumlar Qələbə Paradına təsadüfi vaxtda deyil, simvolik və planlı şəkildə təşkil olunub.

Putin telefon danışığında qeyd edib ki, Böyük Qələbənin ildönümünün əhəmiyyəti nəzərə alınaraq, Rusiya tərəfindən sülh təşəbbüsü olaraq atəşkəs elan edilib, lakin buna Ukrayna tərəfi tərəfindən əməl olunmayıb.

Telefon danışığı mayın 19-da, Moskva vaxtı ilə saat 16:40 radələrində, Putinin Soçidəki "Sirius" təhsil mərkəzinin musiqi məktəbində olduğu vaxt baş tutub. Danışığın əsas mövzusu Ukrayna münaqişəsinin sülh yolu ilə həlli olub.