Kreml Trampın Putini tənqidinə cavab verdi

Donald Trampın Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumlara görə tənqid etməsi Kremldə cavabsız qalmayıb.

"Bizimxeber" bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirərək qeyd edib ki, Trampın dedikləri emosional reaksiyadır, lakin Rusiya prezidenti dövlətin təhlükəsizliyini təmin etmək üçün qərarlar verir:

“Bu bəyanatlar emosional yüklüdür. Biz bütün bu reaksiyaları diqqətlə izləyirik. Lakin prezident Putin Rusiyanın təhlükəsizliyi naminə zəruri qərarlar qəbul edir.”

Bu açıqlama, ABŞ-da qarşıdan gələn seçkilər və Trampın Ukrayna məsələsinə daha sərt mövqe nümayiş etdirməsi fonunda diqqət çəkib.