Le Pen üçün çxış yolu - Paris Apellyasiya Məhkəməsi nə planlayır?

/BX LiveBLOG/

Paris Apellyasiya Məhkəməsi 2026-cı ilin yayında ifrat sağçı fransalı siyasətçi Marin Le Penin Aİ-nin maliyyə vəsaitlərinin mənimsənilməsi işi üzrə hökmündən verdiyi apellyasiya şikayətinə baxacaq.  

Paris Apellyasiya Məhkəməsi açıqlamasında bildirib ki, Le Pen və onun Milli Mitinq partiyası həmkarlarının məhkumluğuna qarşı indi “üç şikayət” alıb və “bu işə 2026-cı ilin yayında qərar verməyə imkan verəcək vaxt çərçivəsində baxacaq”.

Bu o deməkdir ki, ikinci məhkəmə prosesi ən geci 2026-cı ilin əvvəlində baş tutacaq və buna görə də yekun qərar Le Penin iştirak etmək istədiyi 2027-ci il prezident seçkilərinə çox aylar qalmış veriləcək. 

Beləliklə, o, müraciətdə qalib gəlsə, Milli Birlik partiyasından olan siyasətçi Fransa prezidentliyinə namizəd olmaq şansı qazanacaq.

Xatırladaq ki, martın 31-də Paris məhkəməsi Le Pen və Milli Mitinqdən olan digər səkkiz deputatı Avropa Parlamentində qondarma köməkçilərin işi üzrə dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib.

Le Pen iki il həbs cəzasına məhkum edilib, o, elektron qolbaq ilə işləyə bilər və 5 il müddətinə seçkili vəzifələrdə işləməsi qadağandır. Yəni 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.  

Le Pen  cəzanı “nüvə bombası” ilə müqayisə edib  və prezidentdən əfv istəməyəcəyini bildirib.