Kanadada ukraynalı mühacirlər olan muzey yanıb

Kanadanın Edmonton şəhərində, Alberta əyalətində Ukraynanın mədəni irs muzeyinin ərazisində yanğın baş verib.

Bu barədə Kanada polisinin mətbuat xidməti Facebook sosial şəbəkəsində məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğın etnoqrafik kompleksdə yerləşən və ukraynalı köçkünlərin kəndinin yenidən yaradıldığı binalara keçib. Hadisə yerində yanğınsöndürənlər və polis işləyir. Səlahiyyətlilər yaxınlıqdakı bəzi sakinləri təxliyə edib.

Rəsmi məlumatda deyilir ki, yanğının Ukraynanın mədəni irs kəndindəki binalara keçdiyini təsdiqləyə bilərik. Təcili yardım xidmətləri yanğın bölgəsinə girişi məhdudlaşdırıb. Vətəndaşlardan xahiş olunub ki, şəhərin bu hissəsindən uzaq dursunlar və alternativ yollar seçsinlər. Tələfat barədə məlumat yoxdur, yanğının səbəbi məlum deyil. 

Ukrayna Mədəni İrs Muzeyi açıq havada yerləşir. O, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Kanadaya gələn ukraynalı mühacirlərin həyatını canlandırır. Ziyarətçilərin orijinal evlərə, yardımçı tikililərə və gündəlik əşyalara çıxışı var.