Kanada ABŞ-a qoşularsa, “Qızıl Qübbə”ni pulsuz alacaq- Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramp Kanadaya qeyri-adi bir təklif irəli sürüb. O, bildirib ki, Kanada ABŞ-a qoşulmaq qərarı verərsə, ona bahalı “Qızıl Qübbə” (Iron Dome – raketdən müdafiə sistemi) sistemini tamamilə pulsuz verəcək.

Tramp bu təklifini Truth Social platformasında yayımladığı paylaşımda bildirib. Onun sözlərinə görə, əgər Kanada “ayrı, lakin qeyri-bərabər ölkə” kimi qalmaqda davam edərsə, raketdən müdafiə sisteminə qoşulmaq üçün 61 milyard dollar ödəməli olacaq. Lakin əgər Kanada “ABŞ-ın 51-ci ştatı”na çevrilərsə, bu texnologiya ona tamamilə ödənişsiz veriləcək.

“Mən Kanadaya dedim ki, əgər onlar bizim gözəl ‘Qızıl Qübbə’ sistemimizin bir hissəsi olmaq istəyirlərsə, müstəqil ölkə olaraq bu, onlara 61 milyard dollara başa gələcək. Amma əgər onlar ABŞ-a qoşulmaq qərarı versələr, bu tamamilə SIFIR DOLLARA başa gələcək,” – Tramp bildirib.

Trampın bu açıqlaması beynəlxalq medianın və ekspertlərin diqqətini çəkib. Hələlik Kanada rəsmiləri bu təklifə rəsmi reaksiya verməyiblər. Lakin Tramp iddia edir ki, Ottava bu təklifi nəzərdən keçirir.

fərqli uridzirdirrant