/BX LiveBLOG/
Türkiyənin Mərkəzi Bankı, son üç gün ərzində valyuta müdaxilələri nəticəsində təxminən 27 milyard dollar məbləğində ehtiyat itkisi olduğunu açıqlahyıb. "Bizimxeber" Ekonomiyə istinadən xəbər verir ki, bu, ölkənin valyuta bazarındakı gərginlik və milli valyutanın dəyərinin sürətli enməsi səbəbi ilə baş vermib.
Son bir neçə gündə baş verənlər, xüsusilə İstanbul meri Əkrəm İmamoğlunun həbs edilməsi ilə bağlı yaranan siyasi və iqtisadi gərginliyin daha da dərinləşməsinə səbəb olub. Martın 19-da İmamoğlunun korrupsiya və terrorçularla əməkdaşlıq ittihamı ilə həbs olunması, milli valyutanın kəskin şəkildə dəyər itirməsinə yol açıb.
Əkrəm İmamoğlunun həbs olunduğu gündə, Türkiyə lirəsi bir gün ərzində 11%-dən çox ucuzlaşaraq bir dolların 42 lirəyə qalxmasına səbəb olub. Bu, ölkənin iqtisadiyyatında ciddi bir böhranı əks etdirən ən yüksək dəyər itkisi idi.
Mərkəzi Bankın müdaxiləsi nəticəsində lirənin qiyməti 38 lirə səviyyəsinə qaldırılıb. Lakin bu müdaxilələr, iqtisadiyyata olan inamsızlığı tamamilə aradan qaldırmamış və valyutanın sabitliyini təmin etməkdə çətinliklər yaranmışdır.
Türkiyə Mərkəzi Bankı, valyuta ehtiyatlarının azalmasını dayandırmaq və lirənin dəyərini bərpa etmək məqsədilə valyuta bazarına müdaxilələrini davam etdirir. Lakin maliyyə analitikləri, bu müdaxilələrin uzun müddətli həllər təqdim etmədiyini və yalnız qısa müddətli təsir göstərdiyini bildirirlər. /Bizimxeber-Live BLOG/