İstanbulda kimyəvi anbarda dəhşətli yanğın - Maşınlar külə çevrildi

İstanbulun İkitelli Mütəşəkkil Sənaye Bölgəsində, Milas küçəsində yerləşən kimya anbarında bu gün naməlum səbəbdən yanğın baş verib. Yanğın zamanı ard-arda güclü partlayışlar qeydə alınıb, ətrafdakı avtomobillərə də od keçib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən qruplar cəlb olunub.

CNN TÜRK müxbiri Emrah Çakmak hadisə yerindən verdiyi açıqlamada bildirib ki, yanğınla yanaşı dəhşətli partlayışlar da baş verib. Göy üzü qara tüstü ilə örtülüb, güclü bir partlayış səsi eşidildi. Bura kimyəvi maddələrin saxlandığı anbardır.”

Hadisə zamanı alovların səmaya doğru şiddətlə yüksəldiyi müşahidə olunur. Yanğın hələ də nəzarət altına alına bilməyib.

Məlumata görə, yandırılmış avtomobillərin yerləşdiyi ərazi qəyyum dayanacağı kimi fəaliyyət göstərirmiş. Yanğın nəticəsində onlarla maşın külə dönüb. “Yanma inanılmaz dərəcədə davam edir. Bunu sözlərlə təsvir etmək çətindir. Alovun hündürlüyü çox, çox yüksəkdir,” – deyə müxbir vurğulayıb.

Hazırda yanğınsöndürən və fövqəladə hallar qruplarının hadisə yerində işi davam edir. Ərazidə yaşayan və işləyən vətəndaşlara təhlükəsizlik səbəbilə yaxınlaşmamaq tövsiyə olunur.